Rusiyada həkimlər ağciyərində metal zınqırov olan kişini xilas ediblər

2-04-2025, 15:31           
Rusiyada həkimlər ağciyərində metal zınqırov olan kişini xilas ediblər
Rusiyanın Yekaterinburq şəhərində 40 yaşlı kişinin ağciyərindən üzərində oyma olan metal zınqırov çıxarılıb.

Oxu.Az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xəstə vaxtaşırı boğulma tutmaları şikayəti ilə tibb müəssisəsinə yerləşdirilib. Həkimlər müəyyən ediblər ki, kişinin aralıq bronxunda yad cisim var. Bunun təxminən iki-üç santimetr ölçüsündə zınqırov olduğu ortaya çıxıb. Həmçinin zınqırovun üzərində "1975" rəqəmləri yazılmış oyma da olub. Lakin cismin ağciyərə necə düşdüyü açıqlanmayıb.

Həkimlər uzun müddət xüsusi qarmaq vasitəsilə zınqırovu çıxarmağa çalışsalar da, o, sürüşdüyü üçün buna nail ola bilməyiblər. Nəhayət, səbr və əzmkarlıq sayəsində həkimlər yad cismi çıxara biliblər.

Həmin şəxsin özünü yaxşı hiss etdiyi bildirilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru