Soçidə sərnişin təyyarəsi enmə zamanı alışıb, xəsarət alanlar var - VİDEO

1-09-2018, 08:05           
Soçidə sərnişin təyyarəsi enmə zamanı alışıb, xəsarət alanlar var - VİDEO
"Utair" hava şirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi Rusiyanın Soçi şəhərində hava limanına enmə zamanı alışıb. Trend-in məlumatına görə, Moskvadan Soçiyə uçan "Boeing 737" sərnişin təyyarəsi yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxıb və yanıb. Hadisə zamanı 6 nəfər xəsarət alıb, 160 nəfər təxliyyə edilib.

Alovun söndürülməsinə 5 yanğınsöndürmə texnikası cəlb edilib və saat 03:25-də yanğın lokallaşdırılıb.

Bir saat sonra isə alov söndürülüb. Hadisə zamanı təyyarənin ön hissəsi də zərər çəkib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru