ABŞ-da atışma: 1 ölü, 7 yaralı

2-09-2018, 10:26           
ABŞ-da atışma: 1 ölü, 7 yaralı
Klivlend şəhərinin (Ohayo ştatı) gecə klublarının birindən odlu silahdan atəş açılması nəticəsində bir nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Publika.az xəbər verir ki, Associated Press agentliyinin yaydığı məlumata görə, insident gecə saatlarında qeydə alınıb. Hadisə yerinə gələn polis əməkdaşları səkkiz nəfərin yaralandığını aşkarlayıblar. Başından yaralanmış 28 yaşındakı qadın sonradan xəstəxanada ölüb. 19-53 yaş arasında olan digər yaralılar müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hakimiyyət orqanları atəş açanın kimliyi və insidentin motivləri barədə məlumat verməyiblər. Hələlik həbs olunanlar yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru