Bu barədə "Report" "CTV News"a istinadən xəbər verir.
Məlumata görə, hər iki hadisə Bramptonda qeydə alınıb. Hüquq-mühafizə orqanları hesab edir ki, silahlı insidentlər qəsdən törədilib və bir-biri ilə əlaqəlidir.
Qeyd edilir ki, atışmalardan birinin baş verdiyi yerdə yaralı kişi və qadın tapılıb. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin kritik vəziyyətdə olan kişi xəstəxanada ölüb.
Yerli vaxtla saat 06:30-da hüquq-mühafizə orqanları daha bir atışma barədə məlumat alıblar. Bulvarda, hadisənin verdiyi ərazidə kişi cəsədi aşkarlanıb. Polis hesab edir ki, bu hadisələr bir-biri ilə bağlıdır. Faktla bağlı hər hansı şübhəli şəxsin saxlanılıb-saxlanılmaması barədə məlumat yoxdur.