Elmar Vəliyevin köməkçisi də işdən çıxarıldı - Gəncənin yeni başçısından daha bir dəyişiklik

3-09-2018, 12:51           
Elmar Vəliyevin köməkçisi də işdən çıxarıldı - Gəncənin yeni başçısından daha bir dəyişiklik
Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi BayramovElmar Vəliyevin köməkçisini tutduğu vəzifəsindən azad edib.

Teref.az unikal.org-a istinadən xəbər verir ki, Niyazi Bayramovun müvafiq əmrinə əsasən Hacızadə Tural Yaşar oğlu icra başçısının köməkçisi vəzifəsindən azad edilərək, onu İnformasiya təminatı və təhlili sektoruna aparıcı məsləhətçi vəzifəsinə təyin edilib.

N.Bayramovun digər əmrinə əsasən, Kamran Məhərrəmov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin olunub.

Sözügedən xəbəriGəncə Şəhər İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, K.Məhərrəmov bundan əvvəl də Niyazi Bayramovun Mingəçevir İcra Hakimiyyətində köməkçisi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru