BŞİH-dən yeni qadağa: peyk antenaları söküləcək

4-09-2018, 21:33           
BŞİH-dən yeni qadağa: peyk antenaları söküləcək
Bakıda paltar asmaq üçün istifadə olunan iplərin eyvanlardan sökülməsindən sonra bu dəfə də antenaların sökülməsinə başlanılacaq.

Teref.az "Sputnik"ə istinadən xəbər verir ki, Bakı şəhəri İcra Hakimiyyəti binaların fasadlarına peyk antennalarının quraşdırılmasını qadağan edib.

Bakı şəhər İcra Hakimiyyətinin rəsmisi Xalid Ələkbərov bildirib ki, şəhərin təmiz və səliqəli olması ilə bağlı tapşırıq verilib.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, icra hakimiyyətinin bu tələbləri hələlik yalnız tövsiyə xarakteri daşıyır. Peyk antenadan istifadədən imtina etmək üçün yalnız məhkəmə qərarı olmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru