ABŞ-ın Misirdəki səfirliyinin binası qarşısında partlayış törədilib

5-09-2018, 07:35           
ABŞ-ın Misirdəki səfirliyinin binası qarşısında partlayış törədilib
ABŞ-ın Qahirədəki səfirliyinin binası qarşısında partlayış törədilib.“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Misir polisi bildirib.Qeyd olunub ki, partlayış nəticəsində ölən və yaralanan olmayıb.

Partlayış bir nəfərin partlayıcını səfirliyin binasına doğru tullaması nəticəsndə baş verib. Partlayışı törədən şəxs saxlanlıb. Polis bölgədə başqa partlayıcının olub-olmadığını yoxlamaq üçün əməliyyat keçirib.

Səfirlik “Twitter” səhifəsində bildirib ki, diplomatlar hadisədən xəbərdardır: “ABŞ vətəndaşlarından bu rayona gəlməməyi, bütün sualları elektron poçt vasitəsi ilə göndərməyinizi xahiş edirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru