Milyardlıq fırıldaqda ittiham olunan azərbaycanlı polis nəzarətindən qaçdı

7-09-2018, 00:23           
Milyardlıq fırıldaqda ittiham olunan azərbaycanlı polis nəzarətindən qaçdı
Rusiyada iki milyard rubldan çox olan maliyyə fırıldağı cinayətlərində ittiham edilən azərbaycanlı “ev dustağlı”ndan qaçıb.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Perm polisi Azərbaycan vətəndaşı olan Həbibzadə Sücayət Şəmi oğlunu federal axtarışa verib.

Bildirilir ki, Ş. Həbibzadənin adının hallandığı maliyyə cinayətləri ilə bağlı 3 il istintaq aparılıb. Bu ilin iyul ayının 23-də istintaq təcridxanasından azad edilən 53 yaşlı həmyerlimiz “ev dustağı” edilib.

Ş. Həbibzadəyə yekun ittiham aktının sentyabrda elan olunacağı gözlənilirdi. Lakin o, avqustun 31-də vəkili tərəfindən Perm mərkəzində kirayələnən evdən qaça bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru