Ermənilər İranlıı generala təşəkkür etdilər

11-09-2018, 16:27           
Ermənilər İranlıı generala təşəkkür etdilər
İraq və Suriya erməniləri, həmçinin suriyanlar İran İslam İnqilabı Keşikçiləri Korpusuna və xüsusən onun Qüds qüvvələrinin komandanı, general Qasım Süleymaniyə İŞİD terrorçularından müdafiəyə görə minnətdardırlar.

Axar.az xəbər verir ki, bu sözləri İran yəhudilərinin parlamentdəki təmsilçisi Siamak Moreh Sidq deyib.

Brüssel səfəri çərçivəsində avropalı parlamentarilərlə görüşən deputat İranın terrorla mübarizədəki əhəmiyyətindən danışıb.

“Biz İranın bölgədəki varlığının xalqların müdafiəsinə yönəldiyini vurğuladıq. İranın bu məsələdə verdiyi ən böyük töhfə kimi dini azlıqların, xüsusən də İraq erməniləri və suriyanların İŞİD-dən qorunmasını göstərmək olar”, - millət vəkili deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.