Azərbaycanlının ölümdən xilas etdiyi ikiüzlü erməni - FAKT
29-10-2015, 11:45
Erməni xisləti bir daha özünü göstərdi. ANS PRESS-in məlumatına görə, azərbaycanlı idmançının ölümdən xilas etdiyi erməni dediklərini danıb. Belə ki, erməni mətbuatına açıqlama verən aykikendo federasiyasının prezidenti David Atanesyan Kiprin Girne şəhərində azərbaycanlı taekvando ustası Həsən Həsənzadə tərəfindən ölümdən xilas edilməsini təkzib edib.
Onun açıqlaması isə belə olub: "Hovuzda mənim ürəyim dayanıb. Rusiya idman federasiyasının vitse prezidenti və azərbaycanlı idmançılar məni ancaq hovuzdan çıxarıblar. Sonra isə xəstəxanaya aparıblar məni. Mən onlara təşəkkür etdim və bununla məsələ bitdi. Biz idmançıyıq və bu hər birimizin başına gələ bilər. Mən hovuzda boğulmurdum və huşumu itirməmişəm".
Erməni idmançı bu barədə yazılmasını istəmədiyini deyib. Onların yerində kim olsa belə edərdi.
İki gün öncə Ermənistana qayıdan Avanetesyan artıq özünü yaxşı hiss etdiyini və bu məsələnin bağlandığını deyib.
Xatırladaq ki, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən taekvando üzrə çempionada iştirak edən azərbaycanlı erməni idmançının həyatını xilas edib. Girnə şəhərində oktyabrın 22-də yarışdan sonra ermənistanlı idmanaçı Davit Atenesyan qaldığı otelin hovuzunda üzmək istəyib. Lakin suya girən idmançı huşunu itirərək boğulma təhlükəsi ilə üzləşib.
Türk mətbuatında yer alan xəbər və foto
Bunu görən Azərbaycan komandasının məşqçisi Həsən Həsənzadə dərhal hovuza tullanaraq ermənini çıxarıb. Ona ilk müdaxilə və tibbi yardımı da məhz azərbaycanlı göstərib. Ona süni nəfəs verərək təcili yardım gələnə kimi müdaxilə edib.
Həkimlərin səyi ilə həyata qayıdan erməni idmançı başına gələnləri xatırlamadığını deyib.
Xəstəxanadan çıxdıqdan sonra ilk iş olaraq o azərbaycanlı idmançıya təşəkkür edib. Kiprdə ikinci dəfə doğulduğunu deyən Atenesyan bundan sonra azərbaycanlılarla qardaş olacağını deyib.
D.Atenesyan Ermənistan Aykikedo federasiyasının prezidentidir.
Hələ iki il öncə Gürcüstanda keçirilən yarışlardan birində iştirak edən idmançını azərbaycanlı idmançıların çıxışları heyran etmişdi. Ölkəmizdə idmançılara olan qayğıdan danışan Atenesyan Ermənistandakı acınacaqlı vəiyyət olduğunu demişdi. "Bizdə ən əsası - vahid infrastruktur yoxdur. Bizdə idmançıları yetişdirmək üçün kadrlar yoxdur. Nə qədər ki, Ermənistanda sistemli yanaşma olmayacaq, bizi ağır gələcək gözləyir".