Ağır çəkidə boks üzrə dünya çempionu, əslən Azərbaycan türkü olan Sinan Şamil Sam vəfat edib.
Modern.az APA-ya istinadən xəbərinə görə, həkimlərin səylərinə baxmayaraq, qaraciyər xəstəliyindən əziyyət çəkən Sinan Şamil Samı xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Sinan Şamil Sam 1974-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olub. Həvəskar boks üzrə doqquzqat Türkiyə çempionu olub. 1992-ci ildə dünya çempionu adını qazanıb. 1999-cu ildə böyüklər arasında da dünya çempionu olmağı bacarıb. 15 aprel 2000-ci ildə peşəkar boksa başlayıb. 12 oktyabr 2002-ci ildə polşalı Przemyslaw Saletı məğlub edərək Avropa çempionu olub. “Boğazın buğası” ləqəbi ilə tanınıb.
Keçirdiyi 35 döyüşün 31-də qalib gəlib. Bu qələbələrin 16-nı nokautla qazanıb. Qızıl kəməri iki döyüşdə qorumağı bacarıb.