Məhəmməd Salah apreldə "Liverpul"un ən yaxşı oyunçusu olub

11-05-2019, 07:54           
Məhəmməd Salah apreldə "Liverpul"un ən yaxşı oyunçusu olub
"Liverpul"un ulduz futbolçusu, hücumçu Məhəmməd Salah aprelin nəticəsinə görə klubun ən yaxşı oyunçusu elan edilib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

"Bu, bizim hamımız üçün əla ay idi, əhəmiyyətli oyunlar və onların hamısında qalib gəldik. Mən buna çox şadam. İndi mövsümdə bizi son oyun, həmçinin Çempionlar Liqasının finalı gözləyir və bu əladır. Bu, bizim üçün ən əhəmiyyətlidir", - deyə "qırmızılar"ın mətbuat xidməti misirli futbolçunun sözlərini sitat gətirib.

Salah ötən ay "Sautqempton"a, "Haddersfild"ə, "Kardiff Siti"yə, "Çelsi"yə, həmçinin Çempionlar Liqasının dörddə bir finalı çərçivəsində "Portu"ya qarşı oynayıb. O, altı matçda beş qol vurub.

Daha əvvəl bildirilirdi ki, Salah İngiltərə Premyer-Liqasının mövsümünün ən yaxşı oyunçusu adına iddia edir. Qeyd edək ki, Məhəmməd Salah həm də Premyer Liqanın XXXVI turunda "Haddersfild"la matçda İngiltərə təmsilçisinin tarixinə düşüb. 27 yaşlı yarımmüdafiəçi həmin görüşdə iki qol vurmaqla yeni rekorda imza atıb. Misirli oyunçu "mersisaydlılar"ın heyətində 100-cü matçında 69-cu qolunu vurub. Bu isə klub tarixində ən yaxşı nəticədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru