Eduard Məmmədov ermənini diz çökdürdü, 22-ci dəfə dünya çempionu oldu - FOTO

9-11-2015, 15:31           

Azərbaycan idmançısı Eduard Məmmədov (60 kq.) İspaniyanın Benidorm şəhərində keçirilən kikboksinqin WKA versiyası üzrə dünya cempionatının qalibi olub. "Report" xəbər verir ki, finalda onun rəqibi erməni əsilli Fransa təmsilçisi Aşot Xaçaturyan olub.

"Ağ canavar" ləqəbli Azərbaycan idmançısı rəqibini məğlub edərək 22-ci dəfə dünya çempionu tituluna yiyələnib. "Hər bir döyüş çətin keçir. Amma bu, ikiqat çətin idi. Rəqib peşəkar idi. Lakin buna baxmayaraq qalib gəldim. Məqsədim rəqibi təkcə udmaq yox, həm də əzmək idi və buna nail oldum", - deyə idmançı "Report"a açıqlamasında bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.