Sovet futbolçusu: “Neftçi” bürüncü rüşvətlə alıb” - Video

12-11-2015, 11:38           
Sovet futbolçusu: “Neftçi” bürüncü rüşvətlə alıb” - Video
Kiyev “Dinamo”sunun keçmiş müdafiəçisi Viktor Serebryanikov SSRİ çempionatlarında oyun alqı-satqısından danışıb.

Komanda.az xəbər verir ki, Viktor Serebryanikov “Neftçi” komandasına da oyun satdıqlarını etiraf edib. O, buna görə 80 min rubl aldıqlarını deyib:

“SSRİ çempionatında oyun alqı-satqısı olurdu? Yüz faiz. “Neftçi” ilə oyundan əvvəl bazada idim. Dedilər ki, səni çağırırlar. Çıxdım, gördüm ki, Banişevski ilə Markarovdu. Biz avtomobilə oturduq. Onlara 3-cü yer lazım idi. Mənə bir qalaq pul verdilər və “Vitya, götür” dedilər.

Cavabında dedim ki, uşaqlarla söhbət etməliyəm. Ağlasığmaz miqdarda pulu - təxminən 80 min rublu götürdüm. Bazaya qayıdıb, əsas heyətin üzvlərini topladım. Pulu ortaya qoyub dedim: “Bizə xal lazım deyil. Artıq çempionluğu təmin etmişik. Hə, ya yox?” Hamı susurdu. Gözlərindən hiss edirdim ki, hamısı pulu götürməyimizi istəyir, amma qorxurlar. Onda pulu götürüb “yaxşı, aparıb qaytarıram” dedim. Bu vaxt pula elə hücum etdilər ki...”













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.