Çempionlar Liqası: “Barselona” və “Leypsiq” 1/8 finala yüksəlib

28-11-2019, 08:08           
Çempionlar Liqası: “Barselona” və “Leypsiq” 1/8 finala yüksəlib
Çempionlar Liqasında V tur başa çatıb.
E, F, G və H qruplarında daha 6 matç keçirilib.
G və H qruplarında günün ikinci qarşılaşması oynanılıb. Sonuncu qrupda “Ayaks” “Lill”ə qalib gələrək zirvəni ələ keçirib. Digər matçda “Benfika” ilə heç-heçə edən “Leypsiq” 1/8 finala yüksəlib.

Digər iki qrupun hərəsində 2 matç keçirilib. E qrupunda da hər iki vəsiqə sahibini son turda tapacaq. “Liverpul” “Napoli” ilə heç-heçə sayəsində zirvəni qoruyub. “Zalsburq” isə “Genk”i məğlub edib.
“Barselona” “Borussiya”ya qalib gəlməklə F qrupundan ilk vəsiqənin sahibi olub. “İnter” isə “Slaviya” ilə səfər matçında üç xala sevinib.
Qeyd edək ki, növbəti turun oyunları dekabrın 10-11-də keçiriləcək.
Çempionlar Liqası
Qrup mərhələsi
V tur
27 noyabr
E qrupu
00:00. “Liverpul” (İngiltərə) – “Napoli” (İtaliya) – 1:1
Lovren, 65 - Mertens, 21
00:00. “Genk” (Belçika) - “Zalsburq” (Avstriya) – 1:4
Samata, 85 - Daka, 43, Minamino, 45, Hvanq, 69, Haland, 87
1 Liverpul 5 3 1 1 11-8 10
2 Napoli 5 2 3 0 7-4 9
3 Zalsburq 5 2 1 2 16-11 7
4 Genk 5 0 1 4 5-16 1F qrupu
00:00. “Barselona” (İspaniya) - “Borussiya” (D, Almaniya) – 3:1
Suares, 29, Messi, 33, Qrizmann, 67 – Sanço, 77
00:00. “Slaviya” (Çexiya) – “İnter” (İtaliya) – 1:3
Souçek, 37 (pen.) – Martines, 19, 88, Lukaku, 81
1 Barselona 5 3 2 0 7-3 11
2 İnter 5 2 1 2 9-7 7
3 Borussiya D 5 2 1 2 6-7 7
4 Slaviya 5 0 2 3 3-8 2G qrupu
21:55. “Zenit” (Rusiya) - “Lion” (Fransa) – 2:0
Dzyuba, 42, Ozdoyev, 84
00:00. “Leypsiq” (Almaniya) – “Benfika” (Portuqaliya) – 2:2
Forsberq, 90 (pen.), 90+4 - Pizzi, 20, Vinisius, 59
1 Leypsiq 5 3 1 1 8-6 10
2 Zenit 5 2 1 2 7-6 7
3 Lion 5 2 1 2 7-6 7
4 Benfika 5 1 1 3 7-11 4H qrupu
21:55. “Valensiya” (İspaniya) - “Çelsi” (İngiltərə) – 2:2
Soler, 40, Vass, 82 – Kovaçiç, 41, Pulişiç, 50
00:00. “Lill” (Fransa) – “Ayaks” (Niderland) – 0:2
Ziyeş, 2, Promes, 59
1 Ayaks 5 3 1 1 12-5 10
2 Valensiya 5 2 2 2 7-7 8
3 Çelsi 5 2 2 1 9-8 8
4 Lill 5 0 1 4 3-11 1
yeniavaz.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.