"Qarabağ" bu gün Avropa Liqasının rekordçusu ilə qarşılaşacaq

28-11-2019, 08:35           
"Qarabağ" bu gün Avropa Liqasının rekordçusu ilə qarşılaşacaq
Bu gün "Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

"Report" xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin V turu çərçivəsində İspaniyanın "Sevilya" komandasının qonağı olacaq. "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 24:00-da start götürəcək.


A qrupunda yer alan "Qarabağ" və Kiprin APOEL komandasının 4 xalı var. Lakin nikosiyalılar şəxsi oyunlardakı üstünlüyə görə (2:1, 2:2) 2-ci pillədə qərarlaşıblar Növbəti mərhələni təmin edən Avropa Liqasının rekord sayda - 5 dəfə qalibi olan "Sevilya"nın 12, Lüksemburq "Düdelanj"ının isə 3 xalı var.

Bu isə o deməkdir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Sevilyada uduzsa və APOEL səfərdə "Düdelanj"ı məğlub etsə, Azərbaycan çempionu Avropa Liqasında növbəti raundda yüksəlmək şansını itirir.

24:00. "Sevilya" (İspaniya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Məhəmməd Əl-Hakim

Yan xətt hakimləri: Fredrik Kliver və Mahbod Beigi

Dördüncü hakim: Martin Strömberqsson (hamısı İsveç)

Sevilya, "Ramon Sançes Pisxuan" stadionu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.