"Bakıda öz meydanımızda oynayacağıq" - Şenol Günəş

1-12-2019, 00:07           
"Bakıda öz meydanımızda oynayacağıq" - Şenol Günəş
“Azərbaycanda, Bakıda öz meydanımızda oynayacağımızı düşünürük. Açılış oyununu Romada keçirdikdən sonra Bakıya getmək bir az çətin olacaq. Avropanın güclü komandaları püşkə qatıldı. Hamısına uğurlar arzulayıram. Bu turnirdə olmaq Türkiyə üçün qürurvericidir”.
"Yeni Sabah" "Sporx.com"a istinadən xəbər verir ki, bu barədə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş danışıb.

O, AVRO-2020-nin final mərhələsinin püşkatmasına münasibət bildirib. İtaliya, İsveçrə və Uelslə birlikdə A qrupunda yer alan “ay-ulduzlular”ın çalışdırıcısı oyunlarından ikisini Bakıda keçirəcəkləri səbəbi ilə sevincli olduğunu deyib:

“Püşkdən öncə rəqiblərdən çox şəhərləri və səfərləri müzakirə etmişdik. Biz uzaq səfər olsa belə Bakını istəyirdik”.

Ş.Günəş yarışdakı hədəfləri haqda açıqlama verib: “Oyunumuzla özümüzdən söz etdirmək, turnirə rəng qatmaq istəyirik. Qrupdan çıxmaqla gözəl günlər görərik. Hədəfimiz budur. Bu çempionat maraqlı oldu. Son ana qədər harada oynayacağımız bəlli deyildi. İndi təlim-məşq toplanışı üçün yer çətinlik yarada bilər”.

Mütəxəssis rəqiblər haqda da danışıb: “İsveçrənin baş məşqçisi Vladimir Petkoviç “Samsunspor”da işləyib və Türkiyəni tanıyır. Roberto Mançini “Qalatasaray”dan bizə bələddir. Rayan Giqqz Uelsin baş məşqçisi kimi fərqli üslub ortaya qoyub. Son səbətdən çıxan Uelsdən üç xal almalıyıq. Açılış matçında İtaliyaya Türkiyə futbolunun fəlsəfəsini göstərmək şansımız olacaq. İtaliya seçmə mərhələdə 10 oyunda 10 qələbə qazanmaqla bizə qarşı oynayacaq. Ümid edirəm ki, ilk məğlubiyyətini bizdən alar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.