Qvardiola: "Mançester Siti" məni istefaya göndərməyincə, heç yerə getməyəcəm”

18-01-2020, 08:34           
Qvardiola: "Mançester Siti" məni istefaya göndərməyincə, heç yerə getməyəcəm”
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola gələcək planları haqqında fikirlərini ifadə edərək vurğulayıb ki, klubu yalnız rəhbərlik tərəfindən işdən çıxarılması şərti ilə tərk edəcək.

Bu barədə “Report” “Sky Sports”a istinadən xəbər verir.

"Dəfələrlə demişəm - əgər "Mançester Siti" məni vəzifəmdən çıxarmasa, onda heç yerə getməyəcəyəm. Mən 100 faiz burada növbəti mövsümdə qalmağa hazırlaşıram və ona görə yox ki, biz son iki oyunu udduq və son aylar əla oynadıq. Oyunçularla işləmək xoşuma gəlir, hətta əgər hər şey pis olsa və biz Çempionlar Liqasına düşməsək, mən getməyəcəyəm”.

"Menecer üçün həmişə yaxşı və pis anlar var, siz hər vaxt qalib gələ bilmərsiniz. Amma hər şey ondan asılıdır ki, biz sonra nə edə bilərik öz oyunumuzu yaxşılaşdıra bilərik", - deyə o əlavə edib.

Qvardiolanın müqaviləsi 2021-ci ilin iyununa qədər nəzərdə tutulub. Onun illik maaşı 23,5 milyon avro təşkil edir.

"Mançester Siti" bu gün 23-cü turun matçında "Etihad"da "Kristal Pelas"ı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru