Fransa `AVRO-2016`ya qələbə ilə başladı (2-1) - VİDEO
11-06-2016, 09:45
Fransada futbol üzrə XV Avropa çempionatının final mərhələsinə start verilib.
teref.az xəbər verir ki, “Stad de Frans” stadionunda keçirilən açılış oyununda meydan sahibi Fransa millisi Rumıniya yığması ilə qarşılayıb.
Matçda hesabı fransızlar açıb. 56-cı dəqiqədə Olivye Jiru Avropa Çempionatında ilk qola imza atıb. Oyunun 65-ci dəqiqəsində Bogdan Stancunun 11 metrlik cərimə zəribəsindən vurduğu qolla hesab bərabərləşib.
Qarşılaşmada qələbə qolunu 89-cü dəqiqədə Fransa komandasının üzvü Dimitri Payet vurub. Hesab meydan sahiblərinin 2:1 hesablı qəbələsi ilə başa çatıb. Bununla da Fransa çempionata qələbə ilə başlayıb. [media=https://www.youtube.com/watch?v=D8sBES6zvio]