“Milan” “Çelsi”nin yarımmüdafiəçisini alır

27-06-2023, 12:04           
“Milan” “Çelsi”nin yarımmüdafiəçisini alır
Ruben Loftus-Çik “Milan”a 20 milyon avroya başa gələcək.

İnsayder Fabrizio Romanonun sözlərinə görə, “Çelsi”nin yarımmüdafiəçisi 16 milyon avroya alınacaq, daha 4 milyonu isə bonus olaraq veriləcək.

Hazırda tərəflər son detalları müzakirə edirlər.
Həmçinin, “rossonerilər” qapıçı Marko Sportiello ilə müqavilə imzalamağa yaxındır. İyunun 27-də “Atalanta”dan azad agent kimi ayrılan futbolçu tibbi müayinədən keçəcək.

“Milan”ın başqa bir transferi “Latsio”dan Luka Romero olacaq. Yarımmüdafiəçi ilə danışıqlar demək olar ki, yekunlaşıb və o, yeni komandasına qoşulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru