Pirlonun yeni iş yeri məlum oldu

28-06-2023, 12:04           
Pirlonun yeni iş yeri məlum oldu
İtaliyanın “Sampdoriya” futbol klubu Andrea Pirlonu komandanın baş məşqçisi təyin edib.

Bu barədə çərşənbə axşamı klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, mütəxəssislə müqavilə 30 iyun 2025-ci il tarixinədək qüvvədədir.

Qeyd edək ki, Pirlonun 44 yaşı var. Onun son iş yeri Türkiyənin “Fatih Karagümrük” klubu olub.
Mütəxəssis əvvəllər İtaliyanın “Yuventus”unda da çalışıb. Onun rəhbərliyi altında Turin klubu İtaliya kubokunu (2021) və İtaliya Superkubokunu (2020) qazanıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru