İtaliyada futbolçular üçün 88 nömrəli formalar qadağan olundu

28-06-2023, 12:34           
İtaliyada futbolçular üçün 88 nömrəli formalar qadağan olundu
İtaliyada futbolçulara 88 nömrəli forma geymək qadağan edilib.

Belə ki, ölkədə futbol stadionlarında antisemitizmin aradan qaldırılmasına yönəlmiş niyyət sazişi imzalanıb.

İtaliyanın daxili işlər naziri Matteo Piantedosi bildirib ki, bu təşəbbüs futbolun inkişafına böyük töhfə verəcək.

Qərarda fanatların nasizmi xatırlada biləcək simvollardan istifadəsinə qadağa qoyulması nəzərdə tutulur. Azarkeşlərə bütün ictimai tədbirlərdə ayrı-seçkilik yaradan ifadələrdən istifadə etmək qadağandır.
Ayrı-seçkilik hallarında matçların vaxtından əvvəl dayandırılması ilə bağlı tövsiyələr də verilib.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru