Edin Dzeko “Neftçi”nin qatılacağı turnirdə iştirakdan imtina edib

28-06-2023, 14:27           
Edin Dzeko “Neftçi”nin qatılacağı turnirdə iştirakdan imtina edib
Türkiyənin “Fənərbağça” klubunun yeni transferi Edin Dzeko “Neftçi”nin də qatılacağı Sankt-Peterburqdakı “PARI Premyer” turnirində iştirakdan imtina edib.

Bosniya və herseqovinalı hücumçu buna səbəb kimi, Rusiyanın Ukraynaya etdiyi hərbi hücumunu göstərib.

Ukraynanı dəstəklədiyini bildirən 37 yaşlı forvard “Srvena Zvezda” (Serbiya), “Zenit” (Rusiya) və “Neftçi” ilə görüşlərdə komandasının heyətində yer almayacaq.

2022-ci ilin noyabrında Bosniya və Herseqovina millisi Rusiya yığması ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırsa da, Dzeko başda olmaqla, bir neçə oyunçunun imtinası səbəbindən oyun baş tutmamışdı.

Qeyd edək ki, “Fənərbağça” ilə “Neftçi” arasında qarşılaşma iyulun 15-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru