Messinin yeni komandasını Argentina millisi və “Barsa”nın sabiq baş məşqçisi çalışdıracaq

29-06-2023, 11:23           
Messinin yeni komandasını Argentina millisi və “Barsa”nın sabiq baş məşqçisi çalışdıracaq
Argentinalı Xerardo Martino Amerikanın “İnter Mayami” futbol klubunun baş məşqçisi təyin edilib.

Bu barədə çərşənbə günü klubun Mətbuat Xidməti məlumat yayıb.

Məşqçi ilə müqavilənin şərtləri barədə məlumat verilmir.

“Martino idmanımızda hörmətli şəxsiyyətdir və onun keçmişi öz sözünü deyir. Əminik ki, onun baş məşqçi kimi təcrübəsi və nailiyyətləri komandamızı ruhlandıracaq və azarkeşləri sevindirəcək”, - “İnter Mayami”nin sahibi Devid Bekhem deyib.

Qeyd edək ki, Martinonun 60 yaşı var və 2019-2022-ci illərdə Meksika millisinə rəhbərlik edib. O, əvvəllər İspaniyanın “Barselona”, həmçinin Paraqvay və Argentina yığmalarının da baş məşqçisi olub. Martino 2013-cü ildə “Barsa” ilə İspaniya Superkubokunu qazanıb. Meksika millisinə rəhbərlik edən Martino KONKAKAF Qızıl Kubokunu əldə edib, Argentina millisi ilə məşqçi iki dəfə Amerika Kubokunda gümüş medala layiq görülüb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru