“Tottenhem” “Şaxtyor”la xeyriyyə oyunu keçirəcək

29-06-2023, 11:44           
“Tottenhem” “Şaxtyor”la xeyriyyə oyunu keçirəcək
Londonda “Tottenhem” və “Şaxtyor Donetsk” arasında xeyriyyə oyunu keçiriləcək.

İngiltərə klubu oyunun avqustun 6-da baş tutacağını açıqlayıb.

Klub gəliri və əlavə qazancı “Şaxtyor”un xeyriyyə fonduna bağışlayacaq. Vəsait Ukraynada davam edən humanitar böhrandan əziyyət çəkən insanlara dəstək olmaq üçün göndəriləcək.


Böyüklər “Şaxtyor”la oyuna 25 funta, uşaqlar 5 funta gələ biləcəklər. Ailə üçün bilet isə (iki böyük və iki uşaq) 50 funt təşkil edəcək.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru