Çempionlar Liqasının 2020/21 mövsümünün ən yaxşı qapıçısı “Çelsi”dən ayrıldı

29-06-2023, 11:18           
Çempionlar Liqasının 2020/21 mövsümünün ən yaxşı qapıçısı “Çelsi”dən ayrıldı
Seneqallı qapıçı Eduard Mendi İngiltərənin “Çelsi” futbol klubundan ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna keçib.

Bu barədə çərşənbə günü “Əl-Əhli”nin Mətbuat Xidməti məlumat yayıb.

31 yaşlı futbolçu ilə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Mendi 2020-ci ildən “Çelsi”də çıxış edib. 2021-ci ildə komanda ilə birlikdə Çempionlar Liqasının qalibi olub və turnirin ən yaxşı qapıçısı kimi tanınıb.

O, həmçinin “Çelsi” ilə UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb. Seneqallı əvvəllər Fransanın “Reyms” və “Renn” komandalarında çıxış edib.

Seneqal millisinin tərkibində Mendi 2022-ci ildə keçirilən Afrika Millətlər Kubokunun qalibi olub.

​Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru