Azərbaycan idmanında ilk: Millimiz rekord xalla qalib gəldi - FOTO/VİDEO

29-06-2023, 14:24           
Azərbaycan idmanında ilk: Millimiz rekord xalla qalib gəldi - FOTO/VİDEO
İspaniyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Oxu.Az xəbər verir ki, 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi 144 xal toplayaraq komanda hesabında Avropa çempionu olub. Bu, U-20 Avropa çempionatları tarixində yunan-Roma güləşi üzrə millinin topladığı ən yüksək xaldır.

Yığma ən yaxın izləyicisi Gürcüstanı 10 xal qabaqlayıb. Türkiyə isə 113 xalla 3-cü yeri tutub.
Xatırladaq ki, Azərbaycan güləşçilərindən Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Məraim Mustafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıblar.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru