“Mançester Yunayted” “Çelsi”nin yarımmüdafiəçisi ilə razılığa gəldi

30-06-2023, 08:54           
“Mançester Yunayted” “Çelsi”nin yarımmüdafiəçisi ilə razılığa gəldi
“Mançester Yunayted” və “Çelsi” Meyson Mauntun transferi ilə bağlı razılığa gəlib.

Məlumata görə, mankunianlar yarımmüdafiəçi üçün 55 milyon funt-sterlinq ödəyəcək, daha 5 milyonu isə bonus olaraq veriləcək.

Futbolçuya daha bir il uzadılması imkanı ilə 5 illik müqavilə təklif edilib.
İnsayder Fabrizio Romanonun sözlərinə görə, ingilis oyunçu gələn həftə tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Maunt 2022/23-cü ildə Premyer Liqada 24 oyun keçirib və 3 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru