Lionel Messi karyerasında 100-cü kluba qol vurub

26-07-2023, 11:24           
Lionel Messi karyerasında 100-cü kluba qol vurub
ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi karyerasında 100-cü kluba qol vurub.

“Report”un məlumatına görə, argentinalı hücumçu Şimali və Mərkəzi Amerika klublarının iştirakı ilə keçirilən Liqa Kubokunda “Atlanta Yunayted”lə görüşdə buna nail olub.

MLS təmsilçilərinin duelində komandasının 4:0 hesablı qələbəsinə 2 qol, 1 assistlə töhfə verən 36 yaşlı oyunçu 100 fərqli klubun qapısına yol tapmağı bacarıb.

Messi, eyni zamanda, 8 ildən sonra ilk dəfə bir qarşılaşmada sağ ayağı ilə dubla imza atıb. O, sonuncu dəfə 2015-ci ildə “Barselona”nın heyətində İspaniya çempionatı çərçivəsində “Levante” ilə matçda bunu reallaşdırıb.

“İnter Mayami” isə tarixinin ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. Florida klubu 2021-ci ildə MLS-də “Çinçinnati”ni 5:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Liqa Kubokunun qrupunda keçirdiyi hər iki oyunda qələbə qazanan “İnter Mayami” 1/16 finala yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru