İngilislərin qeyri-adi eynəklərinin sirri açıldı - FOTO
26-07-2023, 17:58

Artıq yeni texnologiyalar futbola ciddi şəkildə təsir edir.
Publika.az xəbər verir ki, İngiltərənin qadınlardan ibarət yığması DÇ-yə yollanarkən narıncı rəngli linzalı eynəklərlə poz veriblər. Sonradan məlum olub ki, bu eynəklər sadəcə aksessuar deyil, reaktiv gecikmənin öhdəsindən gəlməyə kömək edən vasitədir.
DÇ2023 iyulun 20-də Avstraliya və Yeni Zelandiyada start götürüb. Saat qurşağının dəyişməsi (ölkələr arasında fərq demək olar ki, yarım gündür) ingilis komandasının performansına mane olmamalı idi. Onlar bunun qarşısı “Propeak”ın xüsusi eynəkləri vasitəsilə almağa çalışıblar.
Eynəklər Bluetooth vasitəsilə telefona qoşulur və yuxuya getmə, oyanma vaxtı və istirahətin miqdarını hesablayır. Gəliş tarixini, vaxtını və yerini göstərəndən sonra proqram özü hesablayaraq istirahət vaxtının çatdığını xatırladır.
Aksessuar melatonin istehsalına kömək edir və yeni saat qurşağında rejimi bərpa etmək üçün yuxuya getməyi asanlaşdırır. Qadcetdə bir neçə linza var: bənövşəyi və narıncı. Birincisi yuxu zamanı, ikincisi isə oyandıqdan bir saat sonra taxılmalıdır.
