“Qarabağ” Polşadan məğlub qayıdır

27-07-2023, 08:09           
“Qarabağ” Polşadan məğlub qayıdır
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Azərbaycan çempionu Polşa təmsilçisi “Rakuv”la qarşılaşıb.

İlk mərhələdə Cəbəllüttariq çempionu “Linkoln”u hər iki görüşdə üstələyən (2:1, 4:0) ağdamlılar “Rakuv”la birinci matçını Çenstoxovadakı “Mieyski” stadionunda keçiriblər. İsveçrəli baş hakim Lukas Fandrixin idarə etdiyi və beş qolun qeydə alındığı görüşdə meydan sahibləri qələbə qazanıblar.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
26 iyul

“Rakuv” – “Qarabağ” 3:2
Qollar: Elvin Cəfərquliyev, 55-öz qapısına. Fabian Pyasetski, 71. Sonni Kittel, 90+1 – Redon Cica, 73; 75.
Baş hakim: Lukas Fandrix (İsveçrə)
Çenstoxova, “Mieyski” stadionu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru