İrandan qaçan şahmatçı İspaniya vətəndaşlığını alıb

27-07-2023, 11:22           
İrandan qaçan şahmatçı İspaniya vətəndaşlığını alıb
İrandan qaçan şahmatçı Sarasadat Xademəlşəri İspaniya vətəndaşlığını alıb.

“Report”un “newsru.co.il” saytına istinadən məlumatına görə, 26 yaşlı qrossmeyster artıq İspaniya millisinə çağırılıb.

O, İran hakimiyyəti tərəfindən təqib olunmaqdan qorxduğu üçün ölkəsinə qayıtmaqdan imtina edib. 2015-ci ildən beynəlxalq qrossmeyster olan Xademəlşəri İran yığmasının heyətində iki dəfə Şahmat Olimpiadasına qatılıb.

Qeyd edək ki, İranda hökumət əleyhinə etiraz aksiyalarını dəstəkləyən və 2022-ci ilin dekabrında keçirilən dünya çempionatında hicabsız iştirak edən Sarasadat Xademəlşəri barəsində ölkəsində həbs qərarı verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru