Kəmaləddin Heydərov futbol matçında - FOTO

28-07-2023, 00:13           
Kəmaləddin Heydərov futbol matçında - FOTO
Xəbər verdiyimiz kimi, bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Kiprin “Omoniya” klubunu qəbul edir.

“Qafqazinfo”nun məlumatına görə, oyunu izləyənlər arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov da olacaq.

O, matçdan bir neçə dəqiqə öncə qarşılaşmanın keçiriləcəyi Qəbələ şəhər stadionuna gəlib. Gənclər və idman naziri Fərid Qayıbov da VİP triubada yerini alıb.

Qeyd edək ki, Kəmaləddin Heydərovun oğlu Tale Heydərov “Qəbələ”nin prezidenti olub. O, bu postdan 2019-cu ildə istefa verib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru