Niderlandlı hücumçu beynəlxalq axtarışa verilib

17-02-2024, 00:11           
Niderlandlı hücumçu beynəlxalq axtarışa verilib
Rusiyanın “Spartak” klubunun Niderlandda mühakimə olunan futbolçusu Kvinsi Promes beynəlxalq axtarışa verilib.

Bu barədə Amsterdam Prokurorluğunun mətbuat katibi Franklin Uottimena məlumat verib.

“Məhkum edilmiş futbolçu beynəlxalq axtarışa verilib. Prokurorluq onu Amsterdama aparmağa çalışıb və bunun üçün tədbirlər görüb. Lakin bu, hələ ki, onun ekstradisiyasına gətirib çıxarmayıb”, - deyə Uottimena bildirib.

O, həmçinin qeyd edib ki, Niderland bu məsələdə başqa ölkələrdən asılı olduğundan buna təsir edə bilməz.

Mənbə: “RIA Novosti” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru