Zidan “Bavariya”nın baş məşqçisi ola bilər

19-02-2024, 16:38           
Zidan “Bavariya”nın baş məşqçisi ola bilər
İspaniyanın “Real” klubunun sabiq baş məşqçisi Zinəddin Zidanın karyerasını Almaniyada davam etdirə bilər.

Msport.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, “Bavariya” rəhbərliyi təcrübəli mütəxəssisi baş məşqçi postuna gətirməkdə maraqlıdır.

Münhen təmsilçisi artıq Zidanın nümayəndələri ilə əlaqə də saxlayıb.

Tomas Tuxelin yaxın vaxtlarda və ya mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.

Qeyd edək ki, Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”da işləyib, komanda ilə iki dəfə La Liqanı, üç dəfə UEFA Çempionlar Liqasını qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru