Rioda keçirilən Olimpiya oyunlarında idmançılarımız çıxışlarını davam etdirir.
“Qafqazinfo” xəbər verir ki, bu gün ilk olaraq tatami üzərinə cüdoçumuz, 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov çıxıb.
Təmsilçimiz 1/16 finalda London Yay Olimpiya oyunlarının çempionu Taqi Xaybullayevlə qarşılaşıb. Qasımov bu görüşdə qələbə qazanaraq 1/8 finala adını yazdırıb.