İdman zalında faciə: ölən və xəsarət alanlar var

17-04-2025, 07:14           
İdman zalında faciə: ölən və xəsarət alanlar var
Parisdə idman zalının krioterapiya otağında azot sızması baş verib.

TNS xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəstəxanaya aparılıb.

Əvvəlcə salonda işləyən qadınlar azot sızmasından huşlarını itiriblər, daha sonra onlara kömək etmək istəyən 3 nəfər zəhərlənib.

Təcili yardım briqadaları tərəfindən 150 ​​nəfərin idman zalından təxliyyə edilib.

Kriyoterapiya nədir?

Kriyoterapiya bədəni həddindən artıq soyuqla müalicə etmək üçün bir üsuldur. Bu üsul xüsusilə elit idmançılar arasında əzələ zədələrini, ağrıları və iltihabı aradan qaldırmaq, qan dövranını artırmaq üçün məşhurdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.