Hindistanda futbol matçında qəribə hadisə: Arılar hakimlərə və azarkeşlərə HÜCUM ETDİLƏR VİDEO

30-04-2025, 16:38           
Hindistanda futbol matçında qəribə hadisə:
Futbol üzrə Hindistan Superkuboku matçı arıların hücumu səbəbindən dayandırılıb.

Sports.ru xəbər verir ki, "İnter Kaşi" - "Mumbai Siti" oyununun 28-ci dəqiqəsində stadionda arı sürüsü peyda olub.

Qarşılaşma müvəqqəti olaraq dayandırılıb və yenidən başlayandan dərhal sonra həşəratlar geri qayıdaraq, azarkeşlərə və hakimlər briqadasına hücum ediblər.

Azarkeşlər cəld tribunaları tərk ediblər, hakimlər isə başlarının arxasını yaş dəsmallarla örtərək, üzüstə uzanmağa məcbur olublar.

Oyun yalnız hakimlər sarı formalarını qara formayla əvəzlədikdən sonra davam edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru