Azərbaycan sərbəst güləş yığması Avropa çempionatında ikinci yeri tutub

29-06-2017, 08:28           
Azərbaycan sərbəst güləş yığması Avropa çempionatında ikinci yeri tutub
Almaniyanın Dortmund şəhərində keçirilən gənclər arasında Avropa çempionatında Azərbaycan sərbəst güləşçiləri 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.
"Report"un məlumatına görə, qızıl medallara Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) sahib olub. Şahin Muxtarov (50 kq) və Mahal Novruzov (66 kq) gümüş, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) isə bürünc medal əldə edib.
Bu nəticə ilə Azərbaycan yığması çempionatı komanda hesabında 58 xalla ikinci pillədə tamamlayıb. 67 xal toplayan Rusiya birinci, 52 xal toplayan Gürcüstan isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, ötənilki Avropa çempionatında Azərbaycanın sərbəst güləş komandası 2 qızıl və 4 bürünc medalla komanda hesabında üçüncü olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.