"Ayaks"ın futbolçusu oyun zamanı huşunu itirib və vertolyotla xəstəxanaya yerləşdirilib VİDEO

9-07-2017, 09:02           
"Ayaks"ın futbolçusu oyun zamanı huşunu itirib və vertolyotla xəstəxanaya yerləşdirilib VİDEO
Hollandiyanın "Ayaks" klubunun futbolçusu Abdelhak Nuri Almaniya "Verder"i ilə yoldaşlıq matçı zamanı huşunu itirib və stadiondan vertolyotla təxliyyə olunub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Hollandiya komandasının mətbuat xidməti məlumat yayıb.
Oyun şənbə günü Avstriyanın Hippax kommunasında keçirilib. Matçın ikinci hissəsində müdafiəçi mövqeyində çıxış edən 20 yaşlı Nuri huşunu itirərək yerə yıxılıb. On dəqiqə futbolçuya yardım göstərilib, daha sonra isə o, vertolyot vasitəsi ilə xəstəxanaya yerləşdirilib.
Görüş yarımçıq qalıb. Azarkeşlərdən stadionu tərk etmələri xahiş olunub. Futbolçunun huşunu itirməsinə ürək aritmiyası səbəb olub. Həkimlər onu süni koma vəziyyətinə salıblar. Hazırda Nurinin vəziyyəti sabitdir.
Nuri "Ayaks"ın yetirməsidir. O, komandanın heyətində ötən mövsüm 12 oyun keçirib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.