Finlandiyalı atıcı: Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün gözəl məkanlar var

30-07-2017, 11:22           

Bakıda keçirilən Atıcılıq üzrə Avropa çepmionatında iştirakım mənə yeni təcrübə qazandırdı, yarış çox həyəcanlı keçir.

Bunu Trend-ə Finlandiyadan olan atıcı Emili Pertizova deyib.

O qeyd edib ki, Azərbaycan yarışı yüksək səviyyədə keçirir: “Artıq ikinci dəfədir Azərbaycana gəlirəm. Bundan əvvəl Qəbələdə keçirilən Atıcılıq üzrə Dünya Kubokunda iştirak etmişəm. Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün gözəl məkanlar var. Atıcılıq Mərkəzi də beynəlxalq standartlara cavab verir, iştirakçılar üçün hər cür şərait yaradılıb”.

Finlandiyalı qonaq ölkəmizi çox bəyəndiyini deyib.

O qeyd edib ki, Azərbaycanın gözəl təbiəti, qonaqpərvər insanları var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.