Azərbaycan samboçuları 2 qızıl medal qazandı

26-03-2018, 09:36           
Azərbaycan samboçuları 2 qızıl medal qazandı
Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kuboku keçirilib.

Yarışda iştirak edən Azərbaycan milli komandası 2 qızıl medal qazanıb.

Fəxri kürsünün ən yüksək pilləsinə Mehman Xəlilovla (57 kq) Emil Həsənov (68 kq) yüksəlib. Ümumi komanda hesabında isə Azərbaycan yığması 2-ci yeri tutub. Bu, yeni baş məşqçi Bəxtiyar Hacıyevin ilk sınağı olub.

Dünya Kubokunda 26 ölkənin 200-dən çox samboçusu mübarizə aparıb./Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru