“Barselona”, yoxsa “Yuventus”? – Poqba seçim qarşısında

6-08-2018, 21:48           
“Barselona”, yoxsa “Yuventus”? – Poqba seçim qarşısında
“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba komandasını dəyişə bilər.

Qol.az-ın “Mundo Deportivo” nəşrinə istinadən yaydığı xəbərə görə, bu barədə fransalı futbolçunun meneceri Mino Rayola məlumat verib. O, danışıq aparmaq üçün İngiltərəyə getdiyini bildirsə, 25 yaşlı oyunçu ilə maraqlanan klubların adlarını açıqlamayıb.

İspaniya mətbuatı isə iddia edir ki, Poqbanın qarşısında 2 seçim var: “Barselona” və “Yuventus”. Hər iki variantı götür-qoy edən futbolçunun yaxın günlərdə qərarını açıqlayacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru