Bu gün "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq

7-08-2018, 07:36           
Bu gün "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq
Bu gün "Qarabağ" komandası UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində ilk oyununu keçirəcək.

“Report”un məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Belarusun BATE komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.

Ağdam təmsilçisi bunadək Sloveniyanın “Olimpiya” və Albaniya “Kukesi”sini mübarizədən kənarlaşdırıbsa, BATE Finlandiyanın HİK kollektivindən üstün olub.

Qeyd edək ki, “Qarabağ” - BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

7 avqust

21:00. “Qarabağ” (Azərbaycan) - BATE (Belarus)

Hakimlər: Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristofer Karlsson (hamısı İsveç)

Hakim-inspektor: Robert Sedlaçek (Avstriya)

UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru