“Yeni doğulan buzov üçün 100 manat verilir, uşaq üçün isə 75”

13-10-2015, 19:44           
“Yeni doğulan buzov üçün 100 manat verilir, uşaq üçün isə 75”
“2016-cı ilin nə qədər çətin il olacağı barədə hər kəsdə daxili həyəcan var. Buna görə də büdcədən lazımsız xərclərin azaldılmasına çalışmalıyıq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa Milli Məclisin 2016-cı ilin dövlət büdcəsinə həsr edilən iclasında çıxışı zamanı səsləndirib.

Bunun üçün də millət vəkili ASAN Xidmət modelinin səlahiyyətlərini genişləndirilməsinin vacibliyini vurğulayıb. O həmçinin insana olan müavinətin artırılmasına diqqət edilməli olduğunu nəzərə çatdırıb: “ Fermerlerə yeni doğulan buzov üçün 100 manat verilir, doğulan uşağa isə 75 manat verilir. Adi bir dərman pulunu hesablayın ki, bu qədər vəsait ona bəs edərmi? Biz müharibə aparan dövlətik. Əhalinin say artımını məsələsində həyəcan təbilini çalmalıyıq”.

F. Mustafa eyni zamanda Türkiyədə yaşayan 2500- dən çox azərbaycanlının təhsildən kənar qalması məsələsinə də diqqət yönəldilməli olduğunu diqqətə çatdırıb: “Orada yaşayan azərbaycanlılar təhsldən kənarda qalıb, iranlılar onları məscidə aparır, sonra isə Quma göndərilir, oradan isə Suriyaya aparılır. Bu da Azərbaycanın təhsili üçün yaxşı hal deyil. Bu gələcəkdə bizə problemlər gətirəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.