Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında seçkiqabağı təşviqat zamanı pozuntu ilə əlaqədar ilk şikayətə baxılıb.
APA-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova deyib ki, 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Səlimağa Səlimli həmin dairədən deputatlığa namizəd Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayevin seçkiqabağı təşviqat qaydalarını pozduğu barədə şikayət edib.
MSK məsələni müzakirə edib və şikayətin baxılması üçün 60 saylı Salyan-Neftçala Dairə Seçki Komissiyasına göndərilməsi barədə qərar qəbul edilib.