Həcdə dünyasını dəyişən zəvvar ailələrinə kompensasiya ödənilib
15-10-2015, 01:31
afqaz Müsəlmanları İdarəsi (QMİ) həcc ziyarəti zamanı dünyasını dəsyişmiş 3 nəfər azərbaycanlı zəvvar ailələrinin hər birinə 6 min manat kompensasiya ödəyib. Bu haqda Turan-a QMİ-dən bildiriblər.
Qeyd edilib ki, bu vəsaitin ödənilməsi QMİ ilə zəvvar arasında həcc ziyarətilə bağlı bağlanmış müqavilədə nəzərdə tutulur. Kompensasiya ödənişi bu ildən tətbiq edilir.
Xatırladaq ki, bu il həcc ziyarəti zamanı 3 nəfər azərbaycanlı zəvvar - 60 yaşlı Fəxrəddin Zeynalov, 57 yaşlı Kəklik Aslanova və 79 yaşlı Əzizağa Şirinov Məkkədə dünyasını dəyişib