Dörd gün əvvəl saxlanılmış MTN-in generalı təcridxanada infarkt keçirdi

21-10-2015, 10:54           
Dörd gün əvvəl saxlanılmış MTN-in generalı təcridxanada infarkt keçirdi
Bir neçə gün əvvəl DİN, Baş Prokurorluq və XDMX-nın MTN-də birgə keçirdikləri əməliyyat zamanı həbs olunmuş general Teymur Quliyevin səhhəti pisləşib. JAM.AZ-a verilən məlumata görə, MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyev qəfil infarkt keçirib və təcili olaraq yerləşdirildiyi təcridxanadan hospitallardan birinə aparılıb. Hazırda durumunun orta-stabil olduğu deyilir.

JAM.AZ-a verilən məlumata görə, Teymur Quliyevin infarkt keçirməsinin səbəbi həddindən artıq həyacanlı və əsəbi olması olub. İddia edilir ki, qoluna qandal vurulması generala həddindən artıq pis təsir edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.