Sumqayıt şəhərində qətl törədilib. Şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 17-ci mikrorayonda yerləşən mənzildə 1972-ciil təvəllüdlü Rəşad Babayev bıçaqlanaraq öldürülüb. Ürək nahiyəsindən ağır xəsarət lan 43 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmalar nəticəsində R.Babayevin baldızı tərəfindən ailə münaqişəsi zəminində bıçaqlanması məlum olub. Hadisəni törədən qadın artıq saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.