Eldar Mahmudovun vəzifəli qohumu həbs edilib? - MÜƏMMA
21-10-2015, 14:50
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun saxlanması haqqında informasiya yayılıb.
Modern.az saytı B.Hüseynovun işdə olub-olmadığını dəqiqləşdirmək istəsə də, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bu haqda onlara heç bir informasiya verilmədiyini qeyd ediblər.
B.Hüseynovun otağına zəng etdikdə isə telefona katibəsi cavab verərək, onun işdə olub-olmadığı haqda heç nə bilmədiyini deyib.